12px13px15px17px
Tarix:21/11/13

2013-cü ildə mobil genişzolaqlı internet şəbəkələrinə qoşulmaların sayı 2 milyardı ötəcək

"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki,  "Ericsson" şirkəti 2013-cü ilin noyabr ayı üzrə mobil genişzolaqlı internet bazarının vəziyyətinə dair hesabat dərc edib.
Qlobal bazara dair aşağıdakı nəticələr çıxarılıb:
  • Hazırda bütün mobil qoşulmaların 25-30%-i smartfonların payına düşür;

  • 2013-cü ilin üçüncü rübündə mobil telefon satışlarının ümumi həcmində smartfonların payı 55%-ə çatıb;

  • 2019-cu ilədək mobil qoşulmaların sayı 9.3 milyarda çatacaq. Onların 60%-i (5.6 milyard) smartfonların payına düşəcək;

  • 2013-2019-cu illərdə internetə qoşulmuş smartfonların sayı üç dəfə artacaq, onların trafiki isə 10 dəfə artaraq 10 ekzabayt təşkil edəcək;

  • 2019-cu ildə planet əhalisinin 90%-i "WCDMA/HSPA" şəbəkələrinə çıxış imkanına malik olacaq, 65%-i LTE şəbəkələrindən istifadə edə biləcək;

  • 2013-cü ilin üçüncü rübündə mobil genişzolaqlı internet şəbəkələrinə 150 milyon, "WCDMA/HSPA" şəbəkələrinə 80 milyon və "LTE" şəbəkələrinə 25 milyon yeni qoşulma qeydə alınıb;

  • 2013-cü ildə mobil genişzolaqlı internet şəbəkələrinə qoşulmaların sayı 2 milyardı ötəcək;

  • 2019-cu ilədək dünyada "LTE" şəbəkələrinə qoşulmaların sayı 2,6 milyarda çatacaq;

  • 2012-ci ilin üçüncü rübü ilə 2013-cü ilin üçüncü rübü arasındakı dövrdə məlumatların trafik artımı 80% təşkil edib;

  • Videotrafikin həcmi 55% artacaq və 2019-cu ilədək ümumi trafikdə onun payı 50%-i ötəcək.

 
Emil Hüseynov
 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024