12px13px15px17px
Tarix:21/11/13

Bakı Beynəlxalq Avtovağzal Kompleksi elektron ticarət xidmətinə qoşulub


“AzeriCard”  prosessinq mərkəzi növbəti onlayn ödəniş sistemini təqdim edib. Prosessinq mərkəzindən verilən məlumata görə, bu yaxınlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin elektron ticarət xidmətinə qoşulması işləri  başa çatıb. Sözügedən xidmət avtobus ilə səyahət edənlərə biletlərini onlayn rejimində almağa imkan yaradır. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytına (www.bbak.az) daxil olmaqla əldə etmək olar.
 
Qeyd edək ki, ödəniş “VISA”, “VISA Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsilə  keçirilir. Elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi vasitəsilə təmin olunur.
 
CAHANGİR



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024