12px13px15px17px
Tarix:21/11/13

“LG” şirkətinin smart televizorlarında izləmə funksiyası var?!

“LG” şirkətinin smart televizorları istifadəçidən xəbərsiz sahibi haqqında şəxsi informasiyanı toplayaraq istehsalçıya ötürür. Bu haqda britaniyalı bloqqer “DoctorBeet” deyib.
“LG” televizoruna sahib bloqqer qurğudan ötürülən trafiki araşdırıb. O qeyd edib ki, televizor istifadəçinin izlədiyi telekanallar haqqında informasiyanı və qurğuya qoşulan fləş-kartdakı faylları müəyyən ünvanlara ötürür.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, məlumatlar şifrlənməmiş formada ötürülür.
 
 
Bloqqer yoxlama üçün “Midget_Porn_2013” adlanan AVI formatında sınaq videofaylını fləş-karta köçürüb və USB daşıyıcını televizora qoşub. Faylın adı üçüncü tərəfə ötürülüb.
Televizorun sazlamalar menyusunda "İzləmə haqqında məlumatın toplanılması" bəndi var. Susmaya görə funksiya aktivdir, lakin onu deaktiv etdikdə belə informasiya ötürülür.
 



Bloqqer DoctorBeet “LG” şirkətinin Britaniyada yerləşən dəstək xidmətinə izləmə haqqında məlumat verib. Bildirilib ki, sorğu baş ofisə yönləndirilib.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024