12px13px15px17px
Tarix:21/11/13

“Rəqəmli avtomobil” yaradılır


“Intel” və “Jaguar Land Rover” şirkətləri “sürücülüyün yeni tərəflərini açmağa” imkan verən yüksək texnoloji kompüter həllərinin hazırlanması ilə bağlı əməkdaşlıq haqda saziş imzalayıblar.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, tərəflər artıq mühəndislik, elmi-araşdırma və proqram istiqamətləri üzrə müvafiq işlərə başlayıblar.
Nəticədə tərəflər, internetə qoşulma, “bulud”larla, mobil qurğularla və m2m-kommunikasiyalarla işləmək imkanı təqdim edən “rəqəmli avtomobil”in prototipini yaratmaq niyyətindədirlər.
 
Şirkətlər rəqəmli əyləncəli həllərin və alqoritmlərin tərtibatı və  xüsusi proqram təminatının yazılması ilə məşğul olmaq niyyətindədirlər.
“Intel” və “Jaguar Land Rover” Amerikanın Oreqon ştatında yerləşən “R&D”-mərkəzi yaradıblar.

Aynur Vəliyeva



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024