12px13px15px17px
Tarix:22/11/13

Dünyanın 13 ölkəsində “Xbox One” oyun konsolunun satışlarına başlanılıb

Noyabrın 22-də dünyanın 13 ölkəsində “Xbox One” oyun konsolunun satışlarına başlanılıb. “Microsoft” korporasiyası konsolun relizinə aid təqdimatları London, Nyu-York və Los-Anceles şəhərlərində keçirib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bir həftə öncə bu qurğunun əsas rəqibi – “Sony PlayStation 4” oyun konsolu satışa çıxarılıb. Avropada bu konsol noyabrın 29-da satışa çıxarılacaq.

Bundan əvvəl bildirilmiş məlumata əsasən, “Xbox One” oyun konsolu “Radeon” qrafik nüvəsi ilə təchiz edilmiş 1.75 QHs takt tezlikli “APU” səkkiznüvəli prosessoru, 8 Qb DDR3 əməli yaddaşı və 500 QB sərt disklə təchiz edilib. Bundan başqa, konsol “USB 3.0” və “HDMI” konnektorları, “Blu-Ray” qurğusu, “Wi-Fi” və “Bluetooth” modulları ilə təchiz edilib.

Emil Hüseynov



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024