12px13px15px17px
Tarix:12/08/11

“Google” şirkəti “Chrome OS” əməliyyat sistemini yeniləyib

“Google” şirkəti “Chrome OS” əməliyyat sisteminin firma platformasının yeni versiyasını çıxarıb. 2 ay əvvəl çıxmış səyyah əməliyyat sistemi “VPN” və “Wi-Fi 802.1x” genişləndirilmiş dəstəyini əldə edib. “Chrome OS” əməliyyat sisteminin yeni sabit relizi bu yaxınlarda çıxan “Chrome 13” səyyahına əsaslanır. Əməliyyat sistemi, həmçinin “İnstant Pages” texnologiya dəstəyini əldə edib. “Chrome OS” əsasında olan ilk netbuklar hələ may ayında elan edilmiş, lakin satışa yalnız iyun ayının 15-də çıxarılıb. Hal-hazırda onları yalnız 2 istehsalçı – “Acer” və “Samsung” şirkətləri istehsal edir. Əməliyyat sistemi “Linux”un modifikasiya olunmuş nüvəsi sayılır. Məlumatlara giriş və proqramların icrası internet vasitəsilə həyata keçirilir.



Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024