12px13px15px17px
Tarix:22/11/13

“Elektron hökumət” portalı xarici ölkə vətəndaşları üçün yeniliklər təqdim edir

Artıq "Elektron hökumət" portalı ölkəmizin vətəndaşları ilə bərabər, xarici ölkə vətəndaşlarına da elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Belə ki, "Elektron hökumət" portalına (www.e-gov.az) "Qeyri-rezident" adlı yeni bölmə əlavə edilib. "Qeyri-rezident"  bölməsində ilk olaraq üç dövlət qurumu - Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdirib.
 
 
Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət KİV nümayəndələri üçün nəzərdə tutulub. Sözügedən elektron xidmət "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" adlanır. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir:
 
 "Sorğu real vaxt rejimində ərizə formasının doldurulması, eləcə də müraciət üçün tələb olunan digər müvafiq sənədlərin surətinin əlavə edilməsi ilə formalaşdırılır. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə akkreditasiya üçün müraciət edən xarici KİV nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər nazirinə ünvanlanmış məktubu, tərcümeyi-halı, 2 ədəd 3X4 ölçüdə fotoşəkil və pasportun surəti daxildir. Doldurulmuş forma XİN-də qeydiyyata düşür və sənədin qəbul edilməsi barədə ərizəçiyə bildiriş göndərilir".
 
 
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən ölkənin vətəndaşı üçün daim aktual bir məsələ ilə bağlıdır və bu, "Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu" adlanır:  "Bu e-xidmət Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub.
Xidmətdən istifadə etmək istəyən şəxslər bölməyə daxil olaraq adını, soyadını, vətəndaşlığını, qeydiyyatını, ünvanını (ölkə, şəhər və tam ev ünvanı), əlaqə telefonunu, elektron poçt ünvanı daxil etməlidir. "Sual" bölməsinə müraciətini qeyd etdikdən sonra "Göndərmək" düyməsi sıxılmaqla ölkələrarası övladlığa götürmə ilə əlaqədar e-müraciət komitəyə ünvanlanır".
 
 
Diasporla İş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub və bu xidmət "Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti" adlanır. Bu xidmət vasitəsilə Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz onları maraqlandıran istənilən məsələni elektron müraciət formasında Diasporla İş Üzrə Dövlət Komitəsinə yaza bilərlər:
 
 
"Bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması halları, habelə diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması, diaspor quruculuğu ilə bağlı hazırlanmış layihələrin Dövlət Komitəsinə təqdim edilməsi üçün birbaşa elektron müraciət imkanını əhatə edir".
 



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024