12px13px15px17px
Tarix:22/11/13

AMEA-nın institutları fiber-optik kabellərlə təchiz olunacaq

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) informasiya-kommunikasiya texnologiyaları istiqamətində xeyli və zəruri işlər görülüb. Görülən işlər təkcə Rəyasət Heyətini deyil, eyni zamanda akademiyanın bütün institutlarını əhatə edir". "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AMEA prezidenti, akademik Akif  Əlizadə söyləyib.
 
AMEA-nın internetə çıxış imkanlarının genişləndirildiyini vurğulayan A.Əlizadə bütün institutların beynəlxalq şəbəkədən yararlandığını diqqətə çatdırıb: "Məndə olan məlumata görə, bu gün akademiyanın internetə çıxış imkanı respublikada, demək olar ki, hamıdan, bütün idarələrdən üstündür və yaxşıdır. Bizim internetdən istifadə etməyimiz dünyanın informasiya bazalarından operativ şəkildə məlumat əldə etməyə imkan verir. Bununla belə, məlumat sistemi yaradılıb".
 
 
Mərkəzi aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnologiyalarının yaradılması və tətbiqi istiqamətdə çevik işlərin aparıldığını vurğulayan A.Əlizadə bu işlərin də yekunlaşmaq üzrə olduğunu vurğulayıb: "Yeri gəlmişkən qeyd edim ki, bu gün akademiyada beynəlxalq elektron informasiya məkanına inteqrasiya məqsədi daşıyan Elektron Elm Layihəsi həyata keçirilir. Bu, o demək deyil ki, akademiyada İKT problemləri tam həll olunub, əlbəttə, bəzi məsələlər qalıb. Amma onlar da həll olunacaq. Demək istəyirəm ki, biz bu yola çıxmışıqsa, axıra qədər addımlayacağıq. İKT-nin inkişafı qlobal şəraitdə davam edəcək. Biz də onun ardınca gedəcəyik.
 
AMEA-da "AzScienceNet" elm kompüter şəbəkəsinin yaradıldığını xatırladan A.Əlizadə hazırda şəbəkənin 13 institutu əhatə etdiyini söyləyib: "Fiber-optik kabel vasitəsilə onlar bundan istifadə edir. O ki qaldı digər institutlara, onlar da fiber-optik kabellərlə təchiz olunacaq".
 
 "Science.az"-ın yeni versiyasının hazırlandığını qeyd edən akademik AMEA-nın "Elm TV" internet televiziyasının yaradılması üzərində də işlərin aparıldığını bildirib.

SEYMUR



Baxış sayı: 1108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024