12px13px15px17px
Tarix:22/11/13

Ənənəvi FK bazarında yeni antirekord gözlənilir

"IC Insights" analitik şirkətinin proqnozuna əsasən, 2012-2017-ci illərdə masaüstü fərdi kompüter, noutbuk, planşet, həmçinin internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş yığcam kompüterlər daxil olmaqla FK sistemləri bazarının həcmi ildə orta hesabla 10% artacaq. Qeyd edilən dövrün sonuna sözügedən qurğuların ümumi tədarük həcmi 770 milyon olmalıdır.

Ekspertlər deyiblər ki, bu il bu göstərici 522 milyon səviyyəsində gözlənilir. 2012-ci illə müqayisədə artım 12% təşkil edəcək.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ayrı-ayrı seqmentlərdəki vəziyyəti xarakterizə edən analitiklər qeyd ediblər ki, 2013-cü ildə ənənəvi FK (masaüstü və noutbuk) tədarüklərinin həcmi 8,7% azalaraq 315 milyon olacaq. Bu proqnoz özünü doğrultsa, bu cür illik azalma FK sektorunda ilk dəfə qeydə alınacaq. Öncəki antirekord 2001-ci ildə qeydə alınıb, o zaman tədarüklərin həcmi 4.3% azalmışdı.
Bununla belə, artıq gələn ildən vəziyyətin yaxşılaşması gözlənilir. Mütəxəssislər ümid edirlər ki, adi istifadəçilər və biznes istifadəçiləri kompüterlərini yeniləyəcək və FK sistemlərin tədarük həcmi 2% artaraq 322 milyon olacaq.

Planşet kompüterlərinə gəlincə, bu ildə onların tədarük həcminin 73% artacağı gözlənilir.
"IC Insights" analitik şirkətinin tədqiqatında internet üzərindən xidmətlərlə işləmək üçün nəzərdə tutulmuş leptoplar ayrı kateqoriyaya salınıb. 2013-cü ildə bu seqmentin həcmi artaraq 5,1 milyon olacaq ki, bu da ötənilki göstəricidən 42% çoxdur.

Emil Hüseynov
 



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020