12px13px15px17px
Tarix:22/11/13

“İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews.az"-a verilən məlumata görə, YUNESKO-nun təsis etdiyi "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Fransa, İtaliya, Braziliya və Mərakeşdən olan alim və mütəxəssislər iştirak ediblər.
 
AMEA FSHİ və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunan tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini önə çəkən İ.Məmmədzadə ölkəmizdə 2013-cü ilin "İKT ili" elan olunması ilə əlaqədar konfransın "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusuna həsr olunduğunu vurğulayıb.
 
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli fəlsəfə elminin tarixi, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Fəlsəfə elminin tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini bildirən alim antik dövrdən müasir günümüzədək bu elmin mərhələli şəkildə tədqiq edildiyini vurğulayıb. İlk fəlsəfi fikirlərin Şərqdə yaranıb inkişaf etdiyini qeyd edən İ.Həbibbəyli banisi ümummilli lider Heydər Əliyev olan azərbaycançılıq məfkurəsinin ən mühüm komponentlərinin dövlətçilik və vətənpərvərlik ideyaları olduğunu xatırladıb. Müstəqillik qazandıqdan sonra ölkəmizdə fəlsəfə elminin inkişafı naminə görülən işləri yüksək qiymətləndirən İ.Həbibbəyli qədim ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
 
Tədbirdə, həmçinin AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat elmləri doktoru, professor İsa Alıyevin "Müasir dövrün iqtisadi problemləri", Mərakeş Krallığının səfiri Həsən Haminin "İnformasiya cəmiyyəti şəraitində mənəvi korrupsiya məsələləri", Fransa səfirliyinin Mədəniyyət Mərkəzinin müşaviri, fəlsəfə üzrə elmlər doktoru İv Zobermanın "Mondevilin təmsilləri və postmodern cəmiyyətinin şərhi", FSHİ-nin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin "Azərbaycanda və İslam bölgəsi fəlsəfə tarixi haqqında elmi məlumatların internet vasitəsilə qlobal elm aləminə çatdırılması" və digər mövzularda məruzələr dinlənilib.
 
 
SEYMUR
 



Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye