12px13px15px17px
Tarix:23/11/13

“Microsoft” sutka ərzində 1 milyondan çox “Xbox One” satıb

"Microsoft" korporasiyası "Xbox One" oyun qurğusunun satışa çıxarılmasından sonra ötən sutka ərzində 1 milyondan çox bu konsoldan satıb.

Noyabrın 22-də 13 ölkədə "Xbox One"ın satışlarına başlanılıb. Korporasiya nümayəndələri bildiriblər ki, konsolun ilk sutkada nümayiş etdirdiyi satış göstəriciləri istehsalçının tarixində rekord nəticə kimi qeydə alınıb.  
Qeyd edək ki, noyabrın 15-də "Xbox One"ın əsas rəqibi hesab edilən "Sony" şirkətinin "PS4" oyun qurğusu satışa çıxarılıb. Yaponiya istehsalçısı "PS4"-ün ilk sutka ərzində satış həcmi barədə məlumat verərək təkcə Şimali Amerika ərazisində 1 milyondan çox belə qurğunun satılmasını açıqlayıb. ABŞ və Kanadada "Xbox One"ın qiyməti 500 dollar, "PS4"-ün 400 dollar təşkil edir.

Analitiklərin proqnozlarına görə, 2014-cü ildə konsollar üçün oyunlar seqmentində 49 milyard dollarlıq artım müşahidə olunacağı (2013-cü ildə 44 milyard) halda mobil qurğular üçün oyunlar seqmentinin həcmi 13 milyard dollardan 17 milyard dollaradək artacaq, - "Lenta www.lenta.ru" yazır. 



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024