12px13px15px17px
Tarix:25/11/13

İnformasiya texnologiyaları ilə bağlı yeni dövlət standartları təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər",  AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart", AZS 753-2013 "Xilasetmə dairələri. Ümumi texniki şərtlər" və AZS 754-2013 "İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları" dövlət standartları təsdiq edilib. Komitədən verilən məlumata görə, AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər" standartı interaktiv audio-vizual kadrlar kommunikasiya sistemini, sistem səviyyəsində funksionallığını müəyyən edir.
 
AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart"ı isə yerüstü rəqəmli televiziya yayım xidmətləri üçün verici avadanlıqlara tətbiq olunur. Normativ sənəddə bu avadanlıqlara qoyulan tələblərin xüsusiyyətləri, texniki tələblərə uzlaşma üçün testlər haqqında informasiyalar mövcuddur.
 
AZS 753-2013 "Xilasetmə dairələri. Ümumi texniki şərtlər" dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən  xilasetmə dairələrinə şamil edilir. Standart "Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın III qaydasının (1983-cü ildə dəyişikliklər edilmiş)"  tələblərinə uyğundur. Normativ sənəddə xilasetmə dairələrinin ölçüləri, xilasetmə dairələrinə aid texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, nəqletmə və saxlanma, istehsalçıların zəmanətləri haqqında informasiyalar mövcuddur.
 
 
AZS 754-2013 "İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları" dövlət standartı sənədin, onun bir hissəsinin və ya sənədlər toplusunun biblioqrafik təsvirinin tərtibi qaydası (biblioqrafik təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla verilməsi, ünsürlərin düzgün təqdim edilməsi, ixtisarların düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir. Standart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlət biblioqrafiya orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata keçirən digər təşkilatlar tərəfindən tərtib edilən sənədlərin təsvirində tətbiq edilir.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020