12px13px15px17px
Tarix:25/11/13

Bakıda “IBM-dən təhlükəsizlik üzrə həllər” mövzusunda seminar keçiriləcək

Bakıda dekabrın 12-də “IBM-dən təhlükəsizlik üzrə həllər” mövzusunda seminar keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “IBM” şirkəti informasiya texnologiyaları sahəsində lider olaraq potensial müştərilərinə müxtəlif problemlərin həlli üçün təhlükəsizlik sistemləri kombinasiyalarını təqdim edir.
 
Seminar çərçivəsində Rusiyanın aparıcı mütəxəssisləri informasiya təhlükəsizliyinin və dünya miqyaslı təhdidlərin müasir trendləri,  informasiya sistemlərinin və bu təhdidlərin qarşısının alınması üçün “IBM” həlləri haqda məlumat təqdim edəcək.

Ekspertlər şirkəti “IBM Security Systems”, “AppScan”, “SIEM Qradar”, “IBM IPS”, “IDM/AM”, “Guardium” və “Trusteer” kimi həllər haqda məlumat verəcəklər.
Tədbir İТ rəhbərləri, informasiya təhlükəsizliyi üzrə direktorlar, İT mütəxəssisləri və ekspertlər üçün nəzərdə tutulub.

Aynur Vəliyeva



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024