12px13px15px17px
Tarix:25/11/13

İnternetin ixtiraçısı qlobal şəbəkədə kiberizləməyə qarşıdır

"Ümumdünya hörümçək toru"nun ixtiraçısı cənab Tim Berners Li bu yaxınlarda rəsmən internetdə həyata keçirilən müxtəlif kiberizləmələrə qarşı olduqca mənfi mövqeyini ifadə edib.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, onun tərəfindən yaradılmış internet artıq milyardlarla insanın ayrılmaz bir hissəsinə çevrilib, lakin hazırda qlobal şəbəkədə şəxsi həyat sirrini məxfi saxlamaq və şəbəkə məkanında azad fikirlərin sərbəst ifadəsi hüququna malik olmaq çətindir. Tim Berners-Li qeyd edir ki, saytların hər cür blokirovkası, məzmunun filtrasiyası və başqa qeyri-adekvat addımlar "rəqəmli demokratiya"nın gələcəyinə təhlükə yaradır.
 
İnternetin ixtiraçısı deyib ki, bir sıra ölkələrdə internet-senzuranın inkişafının qarşısının alınması üzrə təcili addımlar qəbul etmək lazımdır.
 
Emil Hüseynov
 



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024