12px13px15px17px
Tarix:03/06/11

“Panasonic” smartfon bazarına çıxır

Yapon elektron nəhəngi “Panasonic” yenidən mobil telefonların qlobal bazarına çıxmaq niyyətindədir. Qeyd edək ki, 2005-ci ildən “Panasonic” smartfonları yalnız daxili yapon bazarında satırdı, indi şirkət kütləvi bazar üçün yeni məhsullar hazırlayıb. Şirkət Android-smartfon istehsalçılarının koqortasını (möhkəm birləşmiş dəstə) tamamlamaq niyyətindədir. Şirkətin prezidenti Fumio Osubonun sözlərinə görə, 2012-ci ildən yeni smartfon bir neçə ölkədə satılacaq. Lakin istehlakçı ölkələrin adları hələlik məlum deyil.
F.Osubo bildirib ki, indi “Panasonic” mobil telefonların baza modellərinin yaradılması üzrə xeyli təcrübə toplayıb. “Yüksək dəyərli smartfonlar indi yüksək texnologiyalar bazarının əsas seqmentini təşkil edir. Və biz bu bazarda öz yerimizi tutmağa səy göstəririk”.
Məlumat üçün bildirək ki, hazırda “Panasonic” telefonların satışı üzrə yapon bazarında “Sharp”dan sonra ikinci yer tutur.
F.Osubonun sözlərinə görə, indi şirkət artıq dünya bazarına 4,3-düym sensorlu ekran və Android 2.3 Gingerbread əməliyyat sistemi ilə P-07C smartfonunu təqdim edib. O bildirib ki, bu qurğu digər Android-qurğulardan fərqli olaraq mobil televiziyanı da dəstəkləyəcək.
Şirkət rəhbəri, həmçinin” qeyd edib ki, “Samsung”, HTC və s. bu kimi şirkətlər Android-smartfonlarını 2 ildən çoxdur ki satırlar. Onun sözlərinə görə, ötən müddət ərzində “Panasonic” qeyd olunan şirkətlərin strategiyasını diqqətlə müşahidə edib. Osubo bildirib ki, bununla belə, “Panasonic” öz şəxsi smartfonlarının satışı ilə məşğul olacaq, şirkət bazar rəqibləri üçün mobil komponentləri çatdırmağa davam edəcək.



Baxış sayı: 2721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza