12px13px15px17px
Tarix:25/11/13

Milli Təhlükəsizlik Agentliyi tərəfindən yoluxdurulmuş kompüter şəbəkələrinin sayı açıqlanıb

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) bütün dünyada 50000-dən çox kompüter şəbəkəsini virusa yoluxdurub. Bu haqda qurumun keçmiş əməkdaşı Edvard Snouden tərəfindən təqdim edilmiş sənədlərə istinadən Hollandiyanın “NRC Handelsblad” qəzeti yazıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şəbəkələrə proqram təminatını quraşdırmaq üçün onlara müdaxilə həyata keçirilib və virusa yoluxdurulub. Nəticədə, xüsusi xidmət orqanlarının işçiləri internet üzərindən ötürülən şəxsi informasiyaya giriş əldə ediblər.

Qəzetdə dərc edilmiş MTA-nın məxfi slaydından məlum olur ki, xüsusi xidmət orqanı daxilində mühafizə olunan kompüter sistemlərindən informasiyanın alınması metodu “CNE” (Computer Network Exploitation) adlandırılıb. 2012-ci ildə “CNE” hücumlarının obyektləri  ABŞ, Çin, Braziliya, Hindistan, Venesuela, bir neçə Afrika və ərəb ölkəsi olub.

İlk dəfə 2013-cü ilin yayında məlum olub ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi internet istifadəçilərini izləyir. Bu haqda məlumatları mətbuata MTA-nın keçmiş əməkdaşı Edvard Snouden verib. Snouden ABŞ hakimiyyəti tərəfindən dövlət sirrinin yayılmasında ittiham edilir. Hazırda ona Rusiyada bir il müddətinə müvəqqəti sığınacaq verilib.

Emil Hüseynov



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024