12px13px15px17px
Tarix:25/11/13

Koreya Texnologiya və Təhsil Universiteti AMEA institut və təşkilatları üçün təqaüd proqramı elan edir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasındakı Nümayəndəliyi AMEA institut və təşkilatlarının bakalavr və daha yüksək dərəcəyə malik, yaşı 38-ə qədər olan əməkdaşlarını 10 fevral 2014-cü il – 3 iyul 2015-ci il tarixlərdə Koreya Texnologiya və Təhsil Universitetinin Texno-İnsan Resurslarının İnkişafı Məktəbi (KOREATECH) tərəfindən təşkil edilən təqaüd proqramında iştirak etməyə dəvət edir.
 
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, “Qlobal Texno-İnsan resurslarının inkişafı” mövzusunda keçirilən təqaüd proqramında ingilis dilini mükəmməl səviyyədə bilən (TOEFL, İELTS sertifikatları) şəxslər iştirak edə bilər.
 
Təqaüd proqramında iştirak etmək istəyən namizədlər 1 dekabr 2013-cü il tarixinədək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr İdarəsinə müraciət etməlidir.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024