12px13px15px17px
Tarix:25/11/13

“Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır

“Microsoft” Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi yaradır. Bu barədə məlumat verən “Microsoft-Azərbaycan”dan bildirilib ki, noyabrın 14-də “Microsoft” korporasiyası Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin açılışını elan edib. Mərkəz “Microsoft”un Redmondda (Vaşinqton, ABŞ) yerləşən şəhərciyində yerləşir və özündə şirkətin texniki və hüquqi, habelə müasir texnologiya və fənlərarası sahələrdə olan bilikləri cəmləşdirir.
 
Beləliklə, mərkəz onlayn cinayətkarlıqla effektiv mübarizənin yeni dövrünü açır. Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi təhlükəli proqram təminatı, bot-şəbəkələr, əqli mülkiyyət, uşaq oğurluğu və istismar da daxil olmaqla bir sıra onlayn cinayətləri araşdırır. Mərkəz dünya üzrə istifadəçilərin inamla internet şəbəkəsinə qoşulmaqlarını təmin edəcək.
 
“Bizim ekspertlərimiz “Microsoft”un Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzində istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün müştəri və tərəfdaşları ilə bir araya gəlib. İnkişaf etmiş alətləri və texnologiyaları birləşdirərək, biz internet mühitini hər kəs üçün daha təhlükəsiz edə bilərik”, - deyə “Microsoft”un Rəqəmli cinayətlər şöbəsinin baş hüquq məsləhətçisinin köməkçisi Devid Finn bildirib.
 
Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin beynəlxalq inkişafı üçün dünya üzrə 12 şəhərdə – Pekin, Berlin, Boqota, Brüssel, Dublin, Edinboro, Qurqaon, Honkonq, Münhen, Sinqapur, Sidney və Vaşinqtonda – əlavə ofislər açılacaq. Bu məntəqələr internetin daha ətraflı təhlili, təhlükəli proqram təminatının və İP-cinayətlərin aşkarlanması, habelə dünya miqyasında müştərilər və tərəfdaşlarla təcrübə mübadiləsinə yol açacaq.
 
Mühafizə obyektləri ilə təmin olunmuş evlər – "Microsoft"un yeni texnologiyasıdır ki, bu texnologiya internetdə real vaxt kəsiyində təhlükəli halların görüntülənməsi və müəyyənləşməsinə imkan yaradır. Məsələn, şəbəkədə olan təhlükəli cinayət qruplarını müəyyənləşdirən – "SitePrint", uşaq pornoqrafiyası ilə mübarizə üçün nəzərdə tutulmuş – "PhotoDNA", kiberkriminalistika, həmçinin, "Microsoft"un yeni istintaq imkanları daxil olmaqla, internetdə baş verən cinayətlər aşkar olunur.
 
 
Bununla yanaşı, Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzində kənar tərəfdaşların təhlükəsizliyini təmin etmək üçün xüsusi məntəqə yaradılıb. Bu məntəqə dünya üzrə bütün kibercinayətlərlə mübarizə aparan ekspertlərin "Microsoft"un mütəxəssisləri ilə təyin olunmayan vaxt ərzində təcrübə mübadiləsi aparmaq imkanı yaradır. Xüsusi məntəqə regionlararası hüquqi və akademik tərəfdaşlığı, həmçinin müştərilər və hüquq-mühafizə orqanları ilə aparılan işləri zənginləşdirir. Təxminən 100 hüquqşünas, müstəntiq, texniki ekspert və məhkəmə analitiklərinin köməyi ilə "Microsoft"un yaratdığı Mərkəz dünya üzrə daha təhlükəsiz internet şəbəkəsinə qoşulma imkanını yaradır.
 
"Dövlət sektorunda kibercinayətkarlıqla mübarizə özəl sektorda bu sahədə aparılan işlər üçün çox xeyirlidir. Məsələn, "Microsoft" tərəfindən təqdim edilən Mərkəz. Təhlükəsizlik birliyi əks-hücumlara hazır və kibercinayətkarlardan daha hazırlıqlı olmalıdır. "Microsoft"un Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzi bu məsələnin aktiv və effektiv həllinin mühüm tərkib hissəsidir", - deyə İnterpolun qlobal innovasiyalar kompleksinin icraçı direktoru Naboru Nakatani bildirib.
 
Qeyd edək ki, kibercinayətkarlıq Azərbaycanda istifadəçilərin və istehlakçıların gündəlik həyatına mənfi təsir göstərir və ölkə hökuməti "Microsoft"un dünyada onlayn təhlükəsizliyin təminatı üçün çalışan Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin işə başlamasını gözləyir.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024