12px13px15px17px
Tarix:25/11/13

“Sazz 4G İnternet” Qusarda fəaliyyət göstərməyə başladı

“Sazz 4G” simsiz internet provayderi  öz əhatə dairəsinə Qusar şəhərini daxil edib. Artıq Qusar sakinləri saniyədə 10 meqabitə qədər sürətli simsiz internetə qoşula biləcəklər. Qusar şəhərindəki “Sazz 4G” müştəri xidmətləri və satış mərkəzi Nurəddin Şərifov küçəsi 1A ünvanında, “Qusar Petrol” yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşir. Qeyd edək ki, son iki ay ərzində “Sazz 4G İnternet” provayderi Zaqatala, Balakən, Qax şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

 Məlum olduğu kimi, “Sazz 4G İnternet”in “Standart” tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır.

“Sazz 4G İnternet” xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar, Xırdalan  və Sumqayıt şəhərləri daxildir. Yaxın günlərdə Xaçmaz və Quba şəhərlərinin də “Sazz” simsiz internetin əhatə dairəsinə daxil edilməsi gözlənilir.
 
RƏVAN
                      
 
 



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024