12px13px15px17px
Tarix:26/11/13

“Foxconn” ABŞ-da 500 iş yeri açacaq


“Hon Hai Precision Industry Co” şirkəti (Foxconn brendi) kontrakt biznesinin şaxələndirilməsi proqramının həyata keçirilməsi çərçivəsində ABŞ-da istehsal xəttinin inkişafına 40 milyon dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb.
Təxminən 30 milyon dollarlıq vəsaitin 2 il ərzində Harrisberq şəhərində (Pensilvaniya ştatı) 500 iş yerinin yaradılmasına xərclənməsi nəzərdə tutulur. Daha 10 milyon dolların istehsalın robotlaşdırılması üzrə Karneqi-Mellon Universitetinin alimləri ilə birgə həyata keçiriləcək elmi tədqiqat işlərinin aparılmasına yönəldiləcəyi gözlənilir.  

Hazırda Tayvan ticarət nümayəndə heyəti ilə birlikdə ABŞ-da rəsmi səfərdə olan “Hon Hai Group” sədri və prezidenti Terri Qou bildirib ki, ABŞ-da yatırılacaq investisiyalar brend qurğuların istehsalı üçün nəzərdə tutulmayıb.

“Biz Çində fəaliyyət göstərən istehsal xətlərini bura köçürmək fikrində deyilik. Bizim məqsədimiz ABŞ-da gələcək texnoloji yenilikləri həyata keçirmək üçün əlverişli maya dəyəri ilə yüksək dəqiqliyə və texnologiyaya malik istehsalın yaradılmasıdır”, - T.Qou qeyd edib.  

O, həmçinin vurğulayıb ki, “Apple” şirkətinin müqavilə əsasında nəhəng tərəfdaşı olmaqla fəaliyyət göstərən “Foxconn”un planları ABŞ hökumətinin ölkənin istehsal sektorunun bərpası ilə bağlı proqramına tam uyğundur, - "3DNews www.3dnews.ru” yazır.  



Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024