12px13px15px17px
Tarix:26/11/13

“Nokia” mobil şəbəkənin virtuallaşdırılmasını təklif edir


 “Nokia Solutions and Networks” şəbəkə avadanlığı tədarükçüsü Koreyanın “SK Telecom” operatoru ilə birlikdə rabitə operatorlarının mobil şəbəkə nüvəsini tam virtuallaşdırmağa imkan verən unikal texnologiyanı nümayiş etdirib. Nüvənin virtuallaşdırılması yeni servisləri daha asanlıqla yaratmağa imkan verir.  
“NSN” nümayəndələri bildiriblər ki, virtuallaşdırma korporativ sistemlərin arxitekturasını və idarəetməsini artıq dəyişib. Əksər mobil operatorlar mobil şəbəkələrdə də bu cür üstünlüyü əldə etmək niyyətindədir. Məhz bu məqamda “Nokia Solutions and Networks” həllər tərtibatçısı “Network Functions Virtualization” (NFV) texnologiyasını nümayiş etdirib.  

Bu texnologiyanın məqsədi hazırda istifadə olunan bahalı avadanlıqdan imtina etmək və standart şəbəkə qurğuları həllərindən istifadəyə başlamaqdır. Bu, operatorlara şəbəkələrdən istifadə üçün xərcləri azaltmağa, eləcə də yeni abunəçi servislərini daha sürətlə qurmağa imkan verəcək. Eyni zamanda “NSN” mütəxəssisləri qeyd edirlər ki, mobil rabitə nüvəsinin virtuallaşdırılması həm şəbəkənin topologiyasını, həm də ona göstərilən xidmətlərin prinsipini dəyişir. Ona görə bu proses kifayət qədər uzunmüddətli və çətindir.

"Nokia” və “SK Telecom” operatora dinamik rejimdə şəbəkənin buraxılış qabiliyyətini idarə etməyə imkan verən “Evolved Packet Core” (EPC) virtuallaşdırma texnologiyasının prototipini təqdim edib.

“Nokia” nümayəndələri həmçinin vurğulayıblar ki, “Verizon”, “China Mobile”, “Deutsche Telekom” kimi operatorlar şəbəkənin virtuallaşdırılması texnologiyasında maraqlı olduqlarını bildiriblər, - “Cybersecurity www.cybersecurity.ru” yazır.    
 
 



Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024