12px13px15px17px
Tarix:26/11/13

Startupçılar “Bakutel-2013” üçün təqdimat videoları hazırlayıblar

Azərbaycanın gənc startupçıları öz layihələrini gələn ayın 2-5 tarixlərində Bakıda keçiriləcək "Bakutel-2013" Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində nümayiş etdirəcək.
 
Göstəriləcək proqramlardan biri də yüzlərlə kompüterin tək mobil cihazla idarə edilməsini təmin edən "Loupse" - idarəetmə layihəsidir. Layihənin müəllifi Rüfət Məmmədlinin "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, artıq "Bakutel-2013" üçün onun təqdimat videosu (https://www.facebook.com/groups/startupazerbaijan/) hazırlanıb.
 
R.Məmmədli sözügedən layihənin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, "Loupse" kompüterlərin mobil telefon vasitəsilə idarə edilməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur.
 
Bu proqramın köməyilə istifadəçi öz kompüterində istənilən məsafədən müxtəlif əməliyyatları icra etmək imkanı qazanır: "Məsələn, istifadəçi öz kompüterini söndürmədən mənzili və ya ofisi müvəqqəti tərk edir, lakin hər hansı bir səbəbdən vaxtında geri dönə bilmir. Bu halda o, harada olmasından (mağazada, ictimai nəqliyyatda, şəxsi minik avtomobilində, toplantıda və s.) asılı olmayaraq mobil telefon vasitəsilə kompüterinin elektrik təchizatını dayandırır. Yaxud işgüzar görüşdə olan şəxs fərdi kompüterində unutduğu hər hansı materialı görüş yerini tərk etmədən mobil telefonun köməyilə əldə edə bilər. Bu halda həmin şəxs mobil telefonla kompüterinə daxil olur və oradan lazımi materialı telefonuna yükləyir".
 
 
Bundan başqa, "Loupse" ilə istifadəçi hədəf kompüterdə həyata keçirilən əməliyyatlara nəzarət edə bilər. Eləcə də kompüterə ismarışların göndərilməsi, kompüterdə musiqi səsləndirilməsi kimi məlumat-əyləncə xarakterli əməliyyatların da reallaşmasını təmin etmək mümkündür. R.Məmmədlinin bildirdiyinə görə, ən başlıcası, bu proqram 1 mobil telefon vasitəsilə yüzlərlə kompüterin eyni anda söndürülməsi və digər əməliyyatları aparmağa imkan verir ki, bundan da böyük şirkətlər faydalana bilər:
 
"Loupse" layihəsi  2011-ci ildə yaradılıb. 2012-ci ildə layihə "Azercell Telekom" MMC-nin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı "Barama" layihəsində iştirak etmək hüququ qazanıb və dəstək əldə edib. 2013-cü ilin iyulunda isə ABŞ-ın "Exoventure Associates" LLC şirkəti və "Loupse" layihəsi arasında əməkdaşlığa dair müqavilə bağlanıb. Müqaviləyə əsasən, ABŞ şirkəti adıçəkilən layihənin genişləndirilməsi işinə sərmayə cəlb etmək və bu məqsədlə işgüzar dairələrdə layihənin tanıtımını keçirməyi öhdəsinə götürüb".
 
 
Seymur Qasımbəyli
 
 



Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024