12px13px15px17px
Tarix:26/11/13

2017-ci ildə tədarük edilən mobil telefonların 82 faizi smartfon olacaq


“NPD DisplaySearch” tədqiqat şirkəti ekspertlərinin proqnozlarına əsasən, yaxın 5 ildə dünya smartfon bazarının həcmi orta hesabla ildə 21 faiz artacaq, adi mobil telefonlar seqmenti hər il 16 faiz azalacaq. 2013-cü ildə smartfonların tədarük həcminin 1 milyard ədədə çatacağı, 2014-cü ildə bu həddi aşacağı, 2016-cı ildə yarım milyardlıq həddi keçəcəyi gözlənilir.  

2017-ci ildə dünya bazarına 1,8 milyard smartfon tədarük ediləcək və bu qurğuların mobil telefonlar bazarına tədarük edilən ümumi tədarük həcmində payı 82 faizə çatacaq. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin üçüncü rübündə bu nisbət 55 faiz təşkil edib.

Coğrafi baxımdan daha fəal inkişaf edən bazar Asiya-Sakit okean regionu, xüsusilə Çin olacaq. 2013-cü ildə bu ölkəyə smartfonların tədarükünün 63 faiz artacağı, daha 4 il sonra Çinin qlobal smartfonlar bazarında payının 30 faizə çatacağı güman edilir.  

Mütəxəssislər qeyd edirlər ki, seqmentdə artım məşhur istehsalçılar və qeyri-brend istehsalçılar (white-box) tərəfindən buraxılan başlanğıc səviyyəli smartfonlar sayəsində müşahidə olunacaq. Analitiklərin fikrincə, qiymət rəqabəti sürətlə artmaqda davam edərək istifadəçilərin çoxunu smartfondan istifadəyə keçməyə sövq edəcək.

Ölçüsünə görə daha çox tələbat 4-4,9 düym diaqonallı qurğulara olacaq, lakin bununla yanaşı, 5 düymdən böyük ekrana malik daha iri smartfonların populyarlığının artacağı gözlənilir. Belə ki, 2017-ci ildə bu qurğuların payı bazara çıxarılan modellərin üçdə bir hissəsindən (38 faiz) çoxunu təşkil edəcək.  

“Full HD” displeylə təchiz edilən smartfonlar bazara ötən il çıxarılsa da, 2017-ci ildə bu növ aparatlar liderlik edərək bazar payı 43 faizi ötəcək. Bundan başqa, 2014-cü ildə “Quad HD” formatını dəstəkləyən modellərin buraxılması gözlənilir. Dörd il sonra bazara tədarük edilən smartfonların 16 faizi yüksəksəviyyəli təsvir ölçüsünü dəstəkləyən displeylə təchiz ediləcək.  


Tədqiqatda o da qeyd olunur ki, dünyada “4G” şəbəkələrinin təşəkkül tapması ilə mobil rabitənin bu standartını dəstəkləyən smartfonların nüfuzetmə səviyyəsi artacaq. 2017-ci ildə bu növ qurğuların payı 41 faizə çata bilər. Bununla yanaşı, iqtisadi səbəblərə görə yaxın illərdə lider texnologiya “3G” (HSPA) olaraq qalacaq. “NPD DisplaySearch”in proqnozunda 2017-ci ildə “3G” texnologiyalı smartfonların bu bazarın 50 faizindən çoxuna sahib çıxacağı yer alıb, - "DailyComm www.dailycomm.ru” yazır. 



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024