12px13px15px17px
Tarix:27/11/13

2014-cü ildə fərdi kompüter bazarında planşetlərin bazar payı 50%-ə çatacaq

“Canalys” analitik şirkətinin yeni araşdırmasına əsasən, 2014-də fərdi kompüter (FK) bazarında planşetlərin bazar payı 50%-ə çatacaq.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertlərin gəldiyi nəticəyə əsasən, noutbuk və stasionar kompüter tədarüklərinin davamlı azalmasına baxmayaraq 2013-cü ilin üçüncü rübündə qlobal FK bazarının artım tempi 18% təşkil edib. Bu halda planşetlərin tədarük həcmi hesabat dövründə 40%-ə çatıb.

“Canalys” şirkətinin fikrincə, planşetlərin “ağalığı” 2014-cü ildə də davam edəcək və sözügedən qurğuların ümumi tədarük həcmi 285 milyon olacaq. Analitiklər hesab edirlər ki, 2017-ci ilədək bu göstərici 396 milyona çatacaq.

Emil Hüseynov



Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024