12px13px15px17px
Tarix:27/11/13

Qiymətlərinin azalması fonunda smartfonların populyarlığı artır

“IDC” analitik şirkətinin proqnozuna əsasən, bu ildə qlobal smartfon  satışlarının həcmi ilk dəfə olaraq 1 milyard həddini ötəcək və təqribən  dörd il müddətində artım tendensiyası saxlanılacaq. Məlumatlara əsasən, 2012-ci illə müqayisədə cari ildə 39,3% səviyyəsində artım gözlənilir.

“IDC”-dən bildirilib ki, smartfonların populyarlığının artmasında əsas amillərdən biri funksional imkanlarının genişlənməsi ilə yanaşı, qiymətlərinin aşağı düşməsidir. Belə ki, bir ildə smartfonların orta qiyməti 12% azalaraq 337 dollar təşkil edib. Analitiklərin proqnozlarına görə, 2017-ci ilədək bu göstərici 265 dollaradək azalacaq. "Tədarük həcminin artmasına əsas səbəb qiymətlərin aşağı düşməsidir" – “IDC”-nin analitiki Ramon Lamas deyib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC”-nin proqnozuna əsasən, 2017-ci ilədək smartfon tədarüklərinin həcmi 1.7 milyarda çatacaq, illik orta artım sürəti isə 18,4% təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024