12px13px15px17px
Tarix:27/11/13

“Bakcell” ikiqat bonus kampaniyasına başlayır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti Yeni il qabağı öz abunəçilərini sevindirməyə davam edir.
 
Hər il olduğu kimi, bu il də “Bakcell” abunəçilərinə özəl Yeni il kampaniyasına başlayır.
Bu gündən başlayacaq və bütün “CİN” istifadəçilərinə şamil olunacaq Yeni il kampaniyası “Bakcell” abunəçilərinə xüsusi bonuslar təklif edəcək.

Kampaniyanın başlama tarixindən etibarən 5522-yə boş SMS göndərən hər bir CİN istifadəçisi xüsusi bonus təklifi alacaq. Bonus təklifi hər bir abunəçinin aylıq sərfiyyatına uyğun olacaq və şəxsi balanslarını ikiqat artırma imkanı yaradacaq.

Bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS-lərə sərf oluna biləcək. 
Kampaniya bonusları qoşulmadan sonra 7 gün ərzində istifadə oluna və sonradan yenidən aktivləşdirilə bilər.

İkiqat balans kampaniyasına son qoşulma tarixi 23 dekabr 2013, kampaniyanın bitmə tarixi isə 29 dekabrdır. 

RƏVAN



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024