12px13px15px17px
Tarix:27/11/13

Bakı şəhərində daha bir “Nar” diler mərkəzi fəaliyyətə başladı

“Nar Mobile” mobil operatoru abunəçilərinin rahatlığını təmin etmək məqsədilə diler mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.  Belə ki, noyabr  ayının 20-də Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 24 ünvanında açılan yeni “Nar” diler mərkəzi artıq müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə başlayıb.
 
Yerləşdiyi ərazinin rahatlığı, göstərdiyi xidmətlərin keyfiyyəti və çeşidliliyi ilə diqqət çəkən yeni mərkəzin ərazisi 50 m2-dən ibarətdir. Beləliklə, “Nar Mobile” mobil operatorunun Bakı və Abşeron yarımadası ərazisində fəaliyyət göstərən mərkəzlərinin sayı artıq 46-ya çatıb.
 
Müştərilərimizin məmnunluğu, xidmətlərin səviyyəsi, eləcə də mərkəzlərin rahat və əlverişli yerlərdə açılması kimi məqamlar bizim üçün çox vacib və önəmlidir. Bu səbəbdən, biz məhz bu ərazidə artıq 7-ci mərkəzi açmağa qərar verdik”, - deyə “Nar Mobile”-ın Satış və xidmətlər üzrə baş müdiri Leyla Nəsrullayeva qeyd edib.

RƏVAN



Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020