12px13px15px17px
Tarix:28/11/13

4 min dollarlıq smartfon təqdim olunub

İnteryer elementləri, geyim, eynək və başqa bahalı aksesuarların yaradılması ilə məşğul olan İtaliyanın “Tonino Lamborghini” şirkəti “Antares” bahalı smartfonunu təqdim edib. Qurğunun korpusu dəridən və paslanmayan poladdan işlənib hazırlanıb, onun ekranı isə zərbəyə davamlı “Gorilla Glass” şüşəsi ilə təchiz edilib. Aparatın satışlarına  dekabrda start veriləcək və onun qiyməti 4 min dollardan başlanılacaq.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Antares” smartfonu məhdud sayda buraxılacaq. "Smartfon nəfis italyan dizaynı, quraşdırılma keyfiyyəti və məhsuldarlığı ilə seçilir" – brendin sahibi Tonino Lamborqini deyib.

Lakin dəbdəbəli smartfonun içliyi heç də ürəkaçan deyil. O, 1,5 QHs takt tezlikli dördnüvəli çiplə təchiz edilir, 2 QB əməli yaddaş, 32 QB tutumlu fləş-daşıyıcı ilə təchiz edilib. Tədarük dəstinə daxil olan “microSD” kartı ilə daxili yaddaşı artırmaq olar.

“Antares” smartfonu daxili “Yamaha” gücləndiricisinə malik dinamiklə təchiz edilib. Qurğunun qalınlığı 13,5 millimetrdir (müqayisə üçün, “iPhone 5S”-də 7,6 millimetr, “Galaxy S4”-də 7,9 millimetr). Smartfonun arxa panelində 13 meqapiksellik və ön panelində isə 5 meqapiksellik kamera quraşdırılıb.

Ekranın diaqonalı 4 düym təşkil edir. Təsvir ölçüsü qeyd olunmayıb. “Antares” smartfonu “Android 4.2” versiyası (Jelly Bean) ilə işləyir.

“Antares” smartfonu ilk öncə Rusiya və Çinə tədarük ediləcək. Gələn ilin yazında isə İtaliya, Böyük Britaniya və ABŞ sakinləri də bu smartfonu satın almaq imkanını əldə edəcəklər.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024