12px13px15px17px
Tarix:28/11/13

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

Dünya Azərbaycanlılarının ilk virtual konfransı keçiriləcək.

Bu il dekabrın 2-5 tarixlərində keçiriləcək “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində baş tutacaq Virtual konfransda dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız internet vasitəsilə Bakıya bağlanacaq. Belə ki, müxtəlif xarici dövlətlərin ərazisində 8 dayaq nöqtəsi müəyyənləşdirilib. Həmin dayaq nöqtələrindən dünyanın 20-yə yaxın ölkəsində yaşayan soydaşlarımızın konfransa onlayn şəkildə qoşulması nəzərdə tutulub. Bunun üçün lazım olan bütün avadanlıqlar alınıb və quraşdırılıb.
 
Məlumat üçün qeyd edək ki, qonşu respublikalarda yaşayan insanlar da həmin dayaq nöqtələrinə gələrək konfrans iştirakçıları ilə canlı bağlantı quracaq. Bu zaman onları maraqlandıran məsələlər qaldırılacaq və müzakirələr aparılacaq. Tədbir müxtəlif ölkələrdə məskunlaşmış dünya azərbaycanlılarının virtual aləmdə bir araya gəlməsinə, onların daha da sıx əlaqələr qurmasına, bir-biriləri ilə ünsiyyətin artırılmasına və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə işlərin görülməsinə kömək edəcək.
 
Onu da bildirək ki, saat fərqinin olması nəzərə alınaraq konfrans üçün ortaq saat seçiləcək. Bundan başqa, xarici ölkələrdə yerləşən dayaq nöqtələrində onlayn bağlantı zamanı hər hansı bir problemin olmaması üçün onların sürətli internetlə təmin olunması məsələləri də həll  olunub.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024