12px13px15px17px
Tarix:28/11/13

Azərbaycanın milli poçt operatoru çip texnologiyalı kartların tətbiqinə başlayıb


“MilliKart”da xidmət olunan “Azərpoçt” MMC “MasterCard” beynəlxalq kart təşkilatında çip texnologiyaları üzrə sertifikasiya işlərini bitirib və tamamilə həmin texnologiyalara keçib.

“Millikart”dan verilən məlumata görə, bundan sonra “Azərpoçt” MMC bütün yeni müştərilərinə çip kartların emissiyasını təmin edəcək, hazırda istifadədə olan maqnit zolaqlı kartları isə istifadə müddəti bitdikcə əvəz edəcək.

Qeyd edək ki, çip texnologiyalı kartlar yüksək təhlükəsizliyi ilə fərqlənir və banklar üçün kartlar üzrə aparılan dələduzluq əməliyyatları risklərini azaldır.

CAHANGİR



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024