12px13px15px17px
Tarix:28/11/13

İnternetə giriş sürətinə görə hansı ölkə birincidir?


İnternetdən məlumatların yüklənilməsi sürətini yoxlamaq və təhlil üçün interaktiv alətlər təklif edən "Speedtest.net" portalı daha sürətli genişzolaqlı internetə malik ölkələrin yenilənmiş siyahısını dərc edib.
Ən sürətli ev interneti Honkonqda qeydə alınıb, orada yerli sakinlər təxminən 71,22 Mbit/s sürətlə internetə çıxış imkanına malikdirlər. İkinci yerdə Sinqapur (52,85 Mbit/s), üçüncü yerdə Rumıniya (50,82 Mbit/s) qərarlaşıb.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ABŞ-da orta internet sürəti 20,77 Mbit/s təşkil edir, buna görə bu ölkə yalnız 31-ci yerdə qərarlaşıb.

2013-cü ilin ikinci rübü üzrə "Akamai Technologies" şirkətinin məlumatına görə, dünyada orta internet sürəti 3,3 Mbit/s təşkil edir. Cənubi Koreyanın orta göstəricisi 14,2 Mbit/s təşkil edir. İlk onluqda, həmçinin Yaponiya, Honkonq, İsveçrə, Hollandiya, Latviya, Çexiya, İsveç, ABŞ və Danimarka yer alıb.

Emil Hüseynov
 



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024