12px13px15px17px
Tarix:28/11/13

Bakıda “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçirilib

Bakıda “Microsoft-Azerbaijan”, “VeriPark” və “Avtenta” şirkətlərinin birgə təşkilatçılığı ilə “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçirilib. Seminar maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
 
 Tədbirin əsas müzakirə predmeti müştərilərin cəlb edilməsi, saxlanılması və inkişafının stimullaşdırılması olub. Seminar zamanı “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə Müştəri münasibətlərinin idarə edilməsi üzrə meneceri Tomaş Perts maliyyə müəssisələri tərəfindən müştərilərlə münasibətlərin keyfiyyətli idarə edilməsindən, bu sahədə mövcud problemlərdən və onların aradan qaldırılmasından, distribüsiya və marketinqın təşkilindən, risklərin idarəedilməsi imkanları və digər analoji prioritetlərdən danışıb.
 
“Microsoft Dynamics CRM 2013” məhsulunun yeni versiyasını nümayiş etdirən T.Perts, bu məhsulun müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi üzrə çevik biznez-həll üçün hazırlandığını bildirib və maliyyə müəssisələri tərəfindən müştərilərlə münasibətlərin keyfiyyətli idarəetmə sistemini tətbiq edərkən nə üçün məhz “Microsoft” platformasından istifadə etməyi izah edib. Onun sözlərinə görə, bu sistemin tətbiqi üçün yatırılan investisiya artıq 5 aydan sonra özünü doğruldur. T.Perts əlavə edib ki, hazırda 40 min şirkət “Microsoft”un bu sistemindən yararlanır, bu isə 3,5 mln. istifadəçi deməkdir.
 
 
“Microsoft Dynamics CRM"-in imkanları ilə biz tam olaraq maliyyə şirkətlərini dəstəkləyirik və onlara istehlakçılar və korporasiyalar üçün ən yaxşı xidmətləri təklif etməkdə kömək göstərməyə hazırıq”, - deyə T.Perts bildirib.
 
 
“Bizim həllərimiz, siğorta şirkətlərinin mövcud və potensial müştərilərlə iş zamanı yaranan problemlərin aradan qaldırılmasına əsaslanıb. CRM həllərimiz işçilərə tam potensiallarından istifadə etmək imkanı yaradır. Bu isə müştərilərlə danışıqların daha şəxsi və professional olacağı deməkdir. Hər iki tərəf belə danışıqlardan daha çox informasiya qəbul edib faydalana bilər. Xidmətin səviyyəsi nə qədər yüksək olsa, agentlər müqavilə bağlamağa bir o qədər yaxın olacaq”, - deyə “Avtenta” şirkətinin Müştəri münasibətlərinin idarə edilməsi üzrə direktoru Dejan Blatnik bildirib.
 
 
Təşəbbüsü şərh edən “Veripark” şirkətinin baş direktoru Özkan Erener qeyd edib: “Dynamics CRM” platformunun vasitəsilə bizim bank müştərilərimizə xüsusi xidmət göstərir və müştəri bazalarında ikirəqəmli artıma malikdirlər. Biz yerli bazara öz təcrübəmizi və ən mükəmməl bank alətlərini gətirməyimizə çox şadıq. “Microsoft” ilə birgə çalışaraq biz Azərbaycanda maliyyə sektorunun inkişafına töhfə verməyə ümidvarıq”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024