12px13px15px17px
Tarix:29/11/13

Ekspertlər kiberməkanda problemlərin həllini vahid konvensiyanın qəbul edilməsində görürlər


Strasburqda keçirilən Ümumdünya demokratiya forumunda kiberməkanda problemlərin həlli üçün vahid konvensiyanın qəbul edilməsinin tələb olunduğu bildirilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə şuranın sədri Mixail Fedotov Ümumdünya demokratiya forumunda bildirib ki, internet demokratiyanın düşməni deyil, əksinə, insanlar bu məkanda yaşamağı və işləməyi öyrənməlidir.

“Bizə belə bir qərar lazımdır ki, onun nəticəsi bu konvensiyanın qəbulu olacaq. Hazırda kiberməkanın üç xüsusiyyəti var – universallıq, məhdudiyyətsizlik və anonimlik. Bu problemlərin hər birini həll etmək lazımdır. Əlbəttə ki, bu problemləri qanunvericilik səviyyəsində  həll etmək olar. Lakin, bir tərəfdən, bu məhdud məkandır, digər tərəfdən isə bu, çox təhlükəlidir”,- deyə o bildirib.

Aynur Vəliyeva
 



Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024