12px13px15px17px
Tarix:29/11/13

“Konnekt” şirkəti “Bakutel-2013”də yeniliklərlə çıxış edəcək


“Konnekt” MMC 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel-2013” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək.

“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, şirkətin yaydığı məlumata görə, sərgi iştirakçıları “Konnekt” MMC-nin stendində rəqəmsal TV, HD TV, 3D formatlı TV yayımını izləməklə yanaşı, yüksək sürətli fiber optik internet xidmətini sınaqdan keçirə biləcəklər. Sərginin qonaqları “Konnekt”-in xidmətlər paketi, güzəştli tarifləri, korporativ abonentlər üçün təqdim etdiyi xidmətləri, avtomatlaşdırılmış 159 Zəng Mərkəzi (IVR sistemi) və yeni hazırlanmış internet səhifəsinin imkanları ilə tanış olacaqlar. 

Yenilənmiş 159 Zəng Mərkəzində xidmətlər barədə məlumatla yanaşı avtomatik texniki servis və qoşulma sifarişi, balansı yoxlama və balansa artırma xidməti əlavə olunub. 

“Konnekt” MMC yaratdığı avtomatlaşdırılmış interaktiv cavablandırma sistemini (İVR Sistemi) müəssisə və korporativ müştərilərə yeni məhsul olaraq təklif edir. 

Yeni internet səhifəsində də xidmətlərin təqdimatı ilə yanaşı müştəri yönümlü strategiya əsas götürülüb. Bu məqsədlə yeni internet səhifəsində onlayn məsləhətçi, texniki servis və qoşulma sifarişi, xidmət haqqı və qoşulma haqqının hesablanması üçün onlayn kalkulyator kimi yeni bölmələr yaradılıb. 

Qeyd edək ki, sərgidə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və xidmət göstəriləcək. Həmçinin, sərgi zamanı “Konnekt” stendini ziyarət edən şəxsləri müxtəlif hədiyyələr gözləyir.

CAHANGİR



Baxış sayı: 458

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020