12px13px15px17px
Tarix:29/11/13

“Google” məlumatların mühafizəsi haqqında qanunu pozmaqda şübhəli bilinib

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Google” Hollandiyada məlumatların mühafizəsi haqqında yerli qanunu pozmaqda şübhəli bilinir. Araşdırma 7 ay çəkib və onu Məlumatların Mühafizəsi Xidmətinin (DPA) əməkdaşları keçiriblər.

"Google internet şirkəti fərdi məlumatlarımızdan icazəsiz görünməyən tor hörür" – DPA-nın sədri Yakob Konstamm deyib. "Bu, qanunla qadağandır" – deyə o əlavə edib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, DPA araşdırmanın nəticələrini müzakirə etmək üçün korporasiyanın nümayəndələri ilə görüş keçirməyə ümid edir. Bundan sonra “Google” barəsində hər hansı tədbir görülməsinə qərar veriləcək.

Emil Hüseynov



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024