12px13px15px17px
Tarix:29/11/13

“Sazz 4G İnternet”in əhatə dairəsinə Quba rayonu da qatıldı

“Sazz 4G” simsiz internet provayderi Quba şəhərini də öz əhatə dairəsinə daxil etdi. Bundan sonra qubalılar da sürəti 10 Mbit/s-ə qədər olan genişzolaqlı, simsiz internet xidmətindən faydalana biləcəklər.

“Sazz İnternet”ə qoşulmaq üçün lazım olan avadanlıqlar USB modemi və “Wimaxion” simsiz portativ modemini əhatə edir. İstifadəçilərə modemləri və internetin keyfiyyətini  5 gün ərzində 200 MB daxilində sınaqdan keçirmək imkanı verilir.

Quba şəhərində “Sazz İnternet”ə qoşulmaq üçün Heydər Əliyev prospekti 17 (köhnə avtovağzalın yanı) ünvanında yerləşən “Sazz” loqotipini daşıyan ticarət nöqtəsinə gəlmək kifayətdir.
Əlavə məlumat üçün  994703703611 telefon nömrəsi ilə əlaqə yaratmaq olar.
“Sazz İnternet”ə şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün “Sazz”  satış nöqtələrində abunəçi olmaq olar. “Sazz İnternet”in  satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.
 
“Sazz 4G İnternet” xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Xaçmaz, Xırdalan  və Sumqayıt şəhərləri daxildir.  Yaxın vaxtlarda isə Lənkəran, Masallı, Astara və Lerik şəhərlərinin də “Sazz İnternet”in əhatə dairəsinə daxil edilməsi planlaşdırılıb.
 
RƏVAN
 
                                             
 
 
 
 



Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024