12px13px15px17px
Tarix:30/11/13

Fransa şirkətinin təmsilçiləri Azərbaycanın smart tipli sayğacların tətbiqi sahəsindəki təcrübəsi ilə maraqlanıb

Öncədən ödənişli smart tipli sayğacları istehsal edən Fransanın "İTRON" şirkətinin vitse-prezidenti xanım İsabel Severqrand və bu şirkətin aparıcı mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyində olublar.

ARDNŞ-dən verilən məlumata görə, Azərbaycanın smart tipli sayğacların tətbiqi sahəsindəki təcrübəsi ilə maraqlanan qonaqlar "Azəriqaz" İB-nin idarəetmə aparatının Smart tipli sayğacların tətbiqi və nəzarəti şöbəsinin, şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin müvafiq şöbələrinin, "Qazservisinformatika" Departamentinin laboratoriyasının və Qaz İstismar sahələrinin işi ilə yaxından maraqlanıblar. Səfər çərçivəsində onlar həmçinin, bir neçə abonentin mənzilinə baş çəkərək, vətəndaşların bu sayğaclardan istifadəsi ilə bağlı fikirlərini öyrəniblər.

"İTRON" şirkətinin təmsilçiləri Azərbaycanda tətbiq edilən yeni və müasir bir layihənin nəticələrindən, əldə olunmuş təcrübədən razı qaldıqlarını bildiriblər. Qeyd olunub ki, ölkəmizin, o cümlədən "Azəriqaz" İB-nin bu sahədə qazandığı nailiyyətləri əks etdirən filmin çəkilişlərinə başlanılıb.

CAHANGİR
 



Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020