12px13px15px17px
Tarix:02/12/13

Yeni casus proqram təminatı istifadəçilərin yazışma və zənglərini izləyir

“Eset” beynəlxalq antivirus şirkəti ekspertlərinin aşkar etdikləri casus proqram təminatı istifadəçilərin yazışma və zənglərini izləyir. Zərərli proqram təminatı Krakovda “Eset” virus laboratoriyası tərəfindən aşkar edilib. Ani mesajlarla mübadilə xidmətinin polşalı istifadəçiləri arasında virusa yoluxma halı qeydə alınıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Spy.Agent” casus proqram təminatı istifadəçilər haqqında məlumatları toplayır. Lakin proqram təminatının əsas məqsədi istifadəçinin klaviatura ilə daxil etdiyi mətnlərin yazılması və daxili və ya qoşulmuş mikrofonun köməyi ilə zənglərə qulaq asılmasıdır. “Spy.Agent” casus proqram təminatı “IM AIM”, “Skype”, “Yahoo!”, “MSN Messenger”, “Jabber”, “GoogleTalk”, “Digsby”, “ICQ”, “Miranda”, “Pidgin”, “Spik”, “Stefan” və “Konnekt” istifadəçiləri üçün təhlükəli ola bilər.

“Skype” istifadəçilərinə qarşı genişmiqyaslı hücumdan sonra olduğu kimi “Eset” antivirus şirkəti elektron poçtla qəbul edilmiş şübhəli məktublara məhəl qoymamağı, onlara yapışdırılmış faylları icra etməməyi və istinadlar üzrə keçməməyi tövsiyə edib.

Emil Hüseynov



Baxış sayı: 1368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024