12px13px15px17px
Tarix:04/12/13

2013-cü ildə dünyada planşetlərin tədarükü 53 faiz artaraq 221,3 milyon ədədə çatacaq

2013-cü ildə dünya üzrə planşet kompüterlərin tədarük həcmi ötən illə müqayisədə 53,5 faiz artaraq 221,3 milyon ədədə çata bilər. Bu barədə “IDC” analitik şirkətinin proqnozunda deyilir.

Şirkətin məlumatına görə, ilin sonunadək “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetlərin ümumi tədarük həcmində payı 60,8 faizə çataraq 2012-ci illə müqayisədə 8 bənd artacaq. “iOS” əməliyyat sisteminin payı 10 bənd – 35 faiz azalacaq. İlin yekunları üzrə əhəmiyyətli artımı “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular nümayiş etdirsə də, onların bazarda payı cəmi 3,4 faiz yüksələcək.
Planşetlər bazarına təsiri böyük ekranlı smartfonlara getdikcə tələbatın artması göstərə bilər. Belə ki, son 2 il ərzində 7 düymlü planşet modelləri populyarlaşmağa başlayıb, lakin ölçüsü 6 düyümə çatan böyük ekranlı smartfonlar bazarının həcminin artması gələcəkdə alıcıları böyük ekranlı qurğulara üstünlük verməyə məcbur edə bilər, çünki bu növ aparatlar və kiçikölçülü planşetlərin qiymətində cüzi fərq var. Bundan başqa, planşetlər bazarına 9,7 düym ekranlı yeni "iPad Air” modeli də əlavə təsir göstərə bilər.   
 
“IDC” analitiklərinin proqnozlarına əsasən, 2014-cü ildə planşetlərin tədarük həcmi zəifləyərək 22 faiz təşkil edəcək ki, bu da tədarük həcminin 270 milyon ədədədək artmasına səbəb olacaq. Bu tendensiya gələcəkdə də davam edəcək və 2017-ci ilədək tədarük 386 milyon planşetədək artacaq, - "Digit” www.digit.ru yazır.   



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024