12px13px15px17px
Tarix:05/12/13

“HP” şirkəti Böyük Britaniyada 1100 insanı işdən azad edib

“Hewlett-Packard” (HP) şirkəti Böyük Britaniyada 1100 iş yerini ixtisara salıb və şirkətdə həyata keçirilən yenidənqurma prosesi fonunda vəziyyətini düzəltməyə davam edir.

“HP” heyətinin maraqlarını təmsil edən “Unite” işçilərin Həmkarlar İttifaqı deyib ki, şirkət heyətin ixtisar siyasətini uzunmüddətli perspektivdə həyata keçirmək niyyətindədir və Həmkarlar İttifaqı bu işdə acizdir. Həmçinin Həmkarlar İttifaqından bildirilib ki, ixtisar kampaniyası şəxsən “HP”-nin Amerika idarəetməsinin təşəbbüsüdür, buna görə də Avropa strukturları hansısa bir təsirli addım ata bilməz.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Həmkarlar İttifaqının məlumatlarına əsasən, 2014-cü ilin əvvəlinə “HP”-nin üç Britaniya nümayəndəliyində 1124 iş yeri ixtisar edilməlidir. “Unite”-in bəyanatına əsasən, Həmkarlar İttifaqı ixtisarı doğru hesab etmir, çünki “HP”-nin Britaniyadakı bölmələrində ixtisarlar artıq beş ildir keçirilir, bununla belə burada şirkətin güclü İT təhlilə malik ixtisaslaşdırılmış heyəti işləyir.

Emil Hüseynov




Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024