12px13px15px17px
Tarix:04/12/13

“BakuTel-2013” çərçivəsində KİSA və Dünya Bankı ilə birgə kibertəhlükəsizliklə bağlı seminar keçirilib


 
19-cu "BakuTel" beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində cari ilin 4 dekabr tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KİSA) və Dünya Bankı ilə birlikdə "Kibertəhlükəsizlik üzrə əməkdaşlıq: qarşılıqlı təcrübə mübadiləsi" adlı seminar keçirilib.
 
Seminarda Cənubi Koreya Respublikasından, Dünya Bankından, həmçinin Azərbaycandan Milli Məclis, Mərkəzi Bank və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarından və ictimai təşkilatlardan nümayəndələr iştirak ediblər.
 
Tədbirdə informasiya təhlükəsizliyi siyasəti, informasiya təhlükəsizliyinin idarə olunması, Koreyada CERT təcrübəsi, PKİ və elektron imza, kibertəhlükəsizlik üzrə Koreyanın baş planı, kibertəhlükəsizlik sahəsində Azərbaycanda cari vəziyyət və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və s. mövzularda məruzələr edilib, müzakirələr aparılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024