12px13px15px17px
Tarix:06/12/13

“HP” serverlər bazarında satış həcminə görə dünyada birinci yerdədir


“HP” şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə serverlər bazarında əldə olunan mədaxilin məbləğinə görə 3,4 milyard dollarla lider olub ki, bu da 2012-ci ilin analoji dövründən 2,2 faiz çoxdur. Bu barədə  “Gartner” analitik şirkətinin məlumatında deyilir.

Şirkətin bazarda sahib olduğu pay 26,4 faizdən 27,6 faizədək artıb. Bundan başqa, 2013-cü ilin üçüncü rübünün yekunları üzrə server bazarının ümumi həcmi 12,3 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 2,1 faiz azdır.

Bazarın əvvəlki lideri “IBM” şirkəti ikinci yerə enib. Bu şirkətin bazarda mədaxilinin həcmi 2,8 milyard dollar olub ki, bu da 2012-ci ilin üçüncü rübündən 18,9 faiz azdır, habelə istehsalçının bazar payı 27,6 faizdən 22,9 faizə düşüb. Mədaxilin məbləğinə görə liderlər beşliyinə “Dell”, “Cisco”, və “Oracle” şirkətləri də daxil olub (satış həcmi müvafiq olaraq 2025, 599 və 500 milyon dollar). Bu şirkətlərin hazırda bazarda payı müvafiq olaraq 16,4, 4,9 və 4,1 faiz təşkil edir. Nəzərəçarpacaq göstəricini isə “Cisco” şirkəti nümayiş etdirib. Belə ki, istehsalçının 2013-cü ilin üçüncü rübündə dövriyyəsi ötən ilin analoji dövrünün göstəricilərini 42,7 faiz üstələyib.

Həmçinin “HP” bazarda 669,103 min server sataraq 26,7 faizlik payla say həcminə görə liderlik edir. Bu, bir il əvvəl qeydə alınan göstəricidən 5,4 faiz çoxdur. Satılan serverlərin sayına görə bazarda ikinci yerdə 2013-cü ilin üçüncü rübündə 484,607 server satan “Dell” şirkəti qərarlaşıb. Bu göstərici bir il əvvəlki nəticədən 14,1 faiz azdır. Satış həcmində ən yüksək artımı (69,573 ədəd) Çinin “Huawei” şirkəti, ən pis nəticəni 201,777 min server satan (bir il əvvəldən 28 faiz az) "IBM” göstərib, - "Digit www.digit.ru” yazır.    



Baxış sayı: 417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyul 2020

04/07/20
“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri “macOS” üçün faylları şifrlə

04/07/20
“Motorola One Fusion” smartfonu “HD plus” ekranı ilə təchiz olunub

Orta səviyyəli “Motorola One Fusion” smartfonunun rəsmi təqdimatı keçirilib.

04/07/20
“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“Apple” şirkəti “Galaxy” smartfonları üçün “Samsung Dex” dok-stansiyasını (birləşdirici qur

03 07 2020

03/07/20
“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib

“Huawei” şirkətinə məxsus “Honor” brendi 90 hers yeniləmə tezlikli ekran və “MediaTek Dimensity 800

03/07/20
Yaponiyada piyadalara smartfondan istifadə etmək qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab

03/07/20
Yeni “OnePlus” televizorları nümayiş olunub

“OnePlus” şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model – “HD” təsvir<

03/07/20
“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirildi

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plena

03/07/20
Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompü

03/07/20
Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

“Strategy Analytics” tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınm

03/07/20
“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək

“MediaTek” şirkəti “ağıllı” televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş et

03/07/20
“Sony” şirkətinin adı dəyişib

“Sony” səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının “Sony Gr

03/07/20
“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV Master Series” adlı yeni “ağıllı” televizorlar seriyası təqdim edib. Se