12px13px15px17px
Tarix:09/12/13

"Forbes": “Üç il sonra “Windows Phone” platforması “iOS”-u ötəcək”

Hazırda smartfon bazarı dinamik inkişaf edir. Bu seqmentdə "Android" platforması liderlik edir. İkinci yerdə populyarlığına görə "iOS", üçüncüdə isə "Windows Phone" əməliyyat sistemi qərarlaşıb. Nüfuzlu "Forbes" jurnalının mütəxəssisləri əmindirlər ki, artıq üç il sonra "Microsoft"-un platforması "iOS"-u ikinci yerdən sıxışdırıb çıxaracaq.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ekspertlərin proqnozları ilk növbədə "Microsoft"-un mobil platformasının artım sürətinə əsaslanır. Son ildə "Windows Phone" ilə işləyən smartfonların satış həcmi 156% artıb. Müqayisə üçün bildirək ki, "Android" platformasında müvafiq göstərici 51%, "iOS"-da 25,6% olub.

Mütəxəssilər qeyd edirlər ki, WP qurğuların potensial satış bazarları inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrdə "Windows Phone" platformasının mövqeyi yaxşılaşır,  "iPhone" smartfonun satış həcmi isə  əksinə azalır.

Emil Hüseynov
 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024