12px13px15px17px
Tarix:09/12/13

“Apple” üçün Yaponiya ən sürətlə inkişaf edən bazardır

Yaponiyanın elektronika bazarında həftəlik ən çox satılan qurğuların siyahısını tərtib edən “BCN” tədqiqat firması adı çəkilən ölkədə “iPhone” smartfonuna böyük tələbat olduğunu qeyd edib. “Apple” bu regionda dünyanın başqa nöqtəsi ilə müqayisədə daha yüksək dinamika göstərir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin noyabrın 25-dən dekabr 1-nə kimi müddətdə keçirilmiş istehlakçı tələbatı üzrə tədqiqata əsasən, “iPhone 5s” və “iPhone 5c” smartfonlarının müxtəlif modelləri Yaponiyada ən populyar smartfonların siyahısında ilk doqquz yeri tutub. “Alma” smartfonlarının ən yaxın izləyicisi “Sony Xperia” yalnız 10 və 11-ci yerdə qərarlaşıb. “ZTE” şirkətinin modeli 13-cü olub.

“Apple” şirkətinin hesabatına əsasən, dördüncü maliyyə rübü və bütün maliyyə ilinin nəticəsinə görə, Yaponiyada satışların həcmi müvafiq olaraq 27% və 41% artıb.

Emil Hüseynov



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024