12px13px15px17px
Tarix:13/08/11

“Apple”: 80% istifadəçi “iPad” ilə “Galaxy Tab 10.1”-i səhv salır

Haaqada “Apple”-ın “Samsung” məhsulları ilə bağlı şikayətinin müzakirəsinə həsr edilmiş məhkəmə iclası olub. Şikayət “Samsung”un Amerika korporasiyasının qurğularının xarici görünüşünü kopyalamasından ibarət olub. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Düsseldorf dairə məhkəməsi “Samsung Galaxy Tab 10.1” planşetinin Hollandiya istisna olmaqla, Avropa Birliyi ölkələrində satışı ilə bağlı ilkin qadağa haqqında qərar çıxarıb.
Haaqada məhkəmə iclasının nəticələri elə də xüsusi maraq kəsb etmir: “Galaxy Tab 10.1” planşetinin Hollandiyada qadağası ilə bağlı qərar sentyabr ayının 15-də çıxardılacaq. “Apple” və “Samsung” şirkətləri tərəfindən səsləndirilmiş arqumentlər isə çox maraqlıdır. Məsələn, Stiv Cobsun şirkəti iddia edib ki, sosioloji tədqiqat nəticəsində respondentlər “Galaxy Tab 10.1” və “iPad”-ı müqayisə ediblər. Korporasiya nümayəndələrinin sözlərinə görə, sorğu iştirakçılarının 80%-i qurğuları bir-birindən fərqləndirə bilməyib. Lakin şahidlərin sözlərinə görə, hakim “Apple” tədqiqatının metodologiyasına şübhə ilə yanaşıb. “Samsung” isə qeyd edib ki, yuvarlaqlaşdırılmış küncləri, böyük displeyi və nazik korpusu olan istənilən elektron qurğu “Apple”-ın patent iddialarına məruz qala bilər . Məsələn, “Apple” şirkəti rəqəmsal fotoçərçivə istehsalçılarını məhkəməyə verə bilər.



Baxış sayı: 1002

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024