12px13px15px17px
Tarix:10/12/13

“FARABI” istifadəçilərinə elektron açar və elektron imza təqdim olunacaq

 “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin yaxın gələcəkdə genişləndirilməsi nəzərdə tutulub. “Sinam” şirkəti tərəfindən yaradılan və beynəlxalq aləmdə “FARABI (Financial and Accounting Reporting Application for Budgetary Institutions)” adı adında tanınan bu sistem büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasını təmin edir.
 
İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, hal-hazırda həmin sistemin tətbiqinin birinci mərhələsi dövlət sifarişi ilə maliyyələşən 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edir. Sistemin əsas prinsiplərinə gəlincə, “FARABI” informasiya-kommunikasiya texnologiyaları  sahəsində hazırda istifadə olunan ən müasir “bulud” texnologiyası əsasında qurulub.
 
Proqram təminatının funksionallığı “Müəssisə resurslarının idarə edilməsi sistemi” (beynəlxalq klassifikasiya üzrə – “ERP system”) prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir.
 
Bu cür inteqrasiya prosesləri isə “Elektron hökumət” konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir. Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir. Sistemin üstünlüklərinə gəldikdə, ERP şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur. Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq.
 
Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur. Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır. Hesab edilir ki, belə bir ERP sisteminin respublika üzrə tətbiqi gələcəkdə daha geniş islahatların reallaşmasına təkan verəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024