12px13px15px17px
Tarix:10/12/13

Mobil trafikin payı ilk dəfə 20 faizə çatıb


Mobil trafikin ümumdünya trafikində payı ilk dəfə 20 faizə çatıb və bununla da planetdə insanların internetə qurğular vasitəsilə daxil olduqları hər beşinci qurğu planşet və ya smartfon olub.

“StatCounter” analitik xidməti tərəfindən aparılan statistikaya əsasən, internet səhifələrinin baxılmasının təxminən 80 faizi fərdi kompüterlərin, qalan 20 faiz mobil qurğuların payına düşüb. Son 12 ay ərzində qurğularla dövr edən trafikin payı 7 faiz bənd artıb ki, bu da internet istifadəçilərinin fəallığının ümumi artımının 53 faizinə bərabərdir.  

“StatCounter”in telefon və planşet kompüterlərin populyarlığının artmasını sübut edən məlumatları kompüter sənayesinin azalmasını da özündə əks etdirir. Analitiklərin proqnozlarına görə, cari ildə fərdi kompüterlərin tədarük həcmi ötən illə müqayisədə 10 faiz azalacaq. 2012-ci ildə azalma 2011-ci ilə nisbətdə 4 faizə bərabər olub.  

Mənfi dinamikanın səbəblərindən biri istifadəçilərin üstünlük verdikləri, bəzən isə ənənəvi kompüteri əvəzləmək üçün aldıqları smartfon və planşetlərdir. Son 3 ay ərzində fərdi kompüter və noutbuk istifadəçilərindən xaric olunan trafikin payı 2 faiz bənd, son ildə isə 7 faiz bənd aşağı düşüb.
“StatCounter” servisi internet məkanının vəziyyətini internet səhifələrinin baxılma sayına görə öyrənir. Servisin rəqibi hesab edilən “Net Applications” şirkəti 40 mindən çox veb-səhifəyə daxil olan 160 min unikal istifadəçinin fəallığını izləyir. Bu şirkətin məlumatına görə, 2013-cü ilin noyabrında mobil trafikin fərdi kompüter trafikinə olan nisbəti müvafiq olaraq  13,2 və 86,8 faiz təşkil edib.

Qurğu sahibləri arasında daha çox fəallığı “iPhone”, “iPad” və “iPod touch” istifadəçiləri nümayiş etdirir. Bu qurğularda quraşdırılan “Safari” brauzeri mobil qurğular üçün brauzerlər bazarında 60 faizlik paya sahib çıxıb. Sonrakı yerdə 20 faizlik payla “Google” şirkətinin “Chrome” brauzeri qərarlaşıb. “Microsoft” korporasiyasına məxsus “Internet Explorer” brauzeri isə faiz toplaya bilməsə də, masaüstü kompüterlər seqmentində möhkəm mövqeyə malikdir.

“Net Applications” şirkətinin məlumatına görə, “Internet Explorer” fərdi kompüterlər üçün brauzerlər bazarında noyabrda qeydə alınan 58,36 faizlik payla liderlik edir. Brauzerin bu payı bir ay əvvəlki göstəricidən 0,14 faiz bənd azdır. Noyabrda “Firefox” brauzerinin payı 18,54 faizdən 18,7 faizədək aşağı düşüb. “Chrome” noyabrı 15,44 faizlik nəticə ilə başa vurub. “Google” şirkətinə məxsus brauzerin payı 28 ay əvvəl də bu səviyyədə olub, - “DailyComm www.dailycomm.ru” yazır.    






Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024