12px13px15px17px
Tarix:10/12/13

Elektron ticarət edənlərə güzəştlər edildi

Son vaxtlar ölkə əhalisinin internet üzərindən alış-verişə  olan marağının xeyli dərəcədə yüksəlməsi elektron ticarət əsasında ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinin  həcminin artması ilə nəticələnib. Sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin  diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın rahatlığının  təmin edilməsi və  maddi maraqlarının qorunması istiqamətində  Azərbaycan Hökuməti tərəfindən mühüm addım atılıb.

Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük qaydaları yenidən işlənib. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" təsdiq edilib.
 
Yeni qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər.
 
Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcəkdir. Bundan  əvvəlki qaydalara görə isə,  gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb. Bu qərar artıq cari ilin noyabr ayının 27-dən qüvvəyə minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün yaratdığı bu imkanlar barəsində məlumatlarının artması alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.
 
Bununla yanaşı, yeni qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha  geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq.
 
Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də "Azərpoçt" MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir.  Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni "SMS-bildiriş" xidmətinin tətbiqinə başlanılıb.
 
Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.
 
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.



Baxış sayı: 1894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Avqust 2020

07 08 2020

07/08/20
Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırıl

07/08/20
“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri

07/08/20
Yeni “Sony” qulaqcığı eyni anda iki qurğuya qoşulur

“Sony” şirkəti yeni “WH-1000XM4” simsiz qulaqcığını təqdim edib. O, 2018-ci ildə buraxılan populyar “WH-1

07/08/20
Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən

07/08/20
“Chrome” üçün saxta genişlənmələr 80 milyon kompüteri yoluxdurub

“AdGuard” şirkətinin mütəxəssisləri populyar “Google Chrome” brauzeri üçün internetdə reklamın blo

07/08/20
“TikTok” Avropada ilk data mərkəzi açacaq

“TikTok” servisinin sahibi Çinin “ByteDance” şirkəti Avropa ərazisində ilk data mərkəzinin açılması

07/08/20
“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

“Huawei” şirkəti “Huawei Smart Display” adlı “ağıllı” televizorlar seriyasına üç yeni model əlav

07/08/20
Noutbuklar üçün “5G” modemi nümayiş olunub

Ötən il noutbuklar üçün “5G” modemin hazırlanması məqsədilə tərəfdaşlıq haqqında saziş imzalayan “MediaT

07/08/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT)