12px13px15px17px
Tarix:11/12/13

24 şirkətdən ibarət alyans yeni internet konsepsiyasının hazırlanacağını açıqlayıb


Qurğu, şəbəkə avadanlığı və elektron komponentlər istehsalçıları "AllSeen Alliance" alyansının yaradılmasını elan edib. Alyansın məqsədi vahid sənaye standartının hazırlanmasıdır. Standart vasitəsilə "Əşyalar internet" konsepsiyasında qurğular arasında əlaqə həyata keçiriləcək. Alyans üzvləri onu "İnternetin cəmi" adlandırır.  

Alyans üzvləri proqram təminatını birgə hazırlayacaq və resursları açıq platformanın yaradılmasına yönəldəcək. Bu, qurğu istehsalçılarına, xidmət tədarükçülərinə və tərtibatçılara bir-birinə uyğun qurğu və servislər yaratmağa imkan verəcək.

Alyansa ümumilikdə 24 şirkət (Panasonic, Haier, LG Electronics, Sharp, TP-Link, HTC, Harman, Qualcomm, Cisco, D-Link, Silicon Image, Canary, Fon, LeTV, LIFX, LiteOn, Moxtreme, Sears Holdings, Sproutling, The Sprosty Network, Weaved, doubleTwist və Wilocity) daxildir.
Şirkətlər həllərində "Linux" nüvəsinə malik əməliyyat sistemlərindən istifadə edəcəklər. Proqram təminatının hazırlanmasına görə "Linux Foundation" qeyri-kommersiya təşkilatı məsuliyyət daşıyacaq.
Avadanlıq və komponent istehsalçıları "İnternetin cəmi" konsepsiyasında qurğuların əlaqəsi üçün əsas kimi dünyanın nəhəng smartfon və planşetlər üçün çip istehsalçısı "Qualcomm" şirkətinin "AllJoyn" açıq platformasından istifadə edəcəklər.

Platforma mərkəz nöqtəli struktura malik şəbəkə topologiyasına əsaslanır. Burada hər mərkəzi nöqtə öz məlumatlarının qəbulu və ötürülməsi üçün deyil, həm də qonşu qovşaqlar arasında məlumatların ötürülməsi üçün aralıq məntəqə rolunu oynayır.  

"Qualcomm" bu topologiyanı bütün qurğuların internetə qoşulmasına ehtiyac duymadığı üçün seçib. "Evinizdə beş yüz qurğu olanda, güman etmirəm ki, siz bütün bunların şəbəkəyə qoşulmasını istəyəsiniz", - "Qualcomm"un innovasiya mərkəzinin rəhbəri Rob Çandhok bildirib.

Şirkət "AllJoyn" platformasını cari ilin fevralında təqdim edib. Platformadan istənilən arxitekturalı prosessorda və istənilən əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda istifadə etmək mümkün olacaq. Platforma üzərində iş bir neçə il ərzində aparılıb, - "CNews.www.cnews.ru" yazır.  



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024