12px13px15px17px
Tarix:12/12/13

“Windows XP” istifadəçiləri azalır

Gündən-günə “Windows XP” əməliyyat sisteminin istifadəçiləri azalır. Bu barədə “Qualys” şirkətinin nümayəndəsi Vofqanq Kandek bildirib. “Microsoft” korporasiyasının istifadəçiləri dəstəklənməsi 8 aprel 2014-cü ilə planlaşdırılan əməliyyat sistemindən istifadənin təhlükəsiz olmamasına inandıra bilməsi güman edilir.

 

V.Kandekin sözlərinə görə, cari ilin yanvarından etibarən 12 il istifadə olunan "Windows XP”nin göstəriciləri həmişə azalmağa doğru gedib. Yalnız iyunun ortalarından avqustun sonunadək “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemindən istifadə edənlərin sayında artım qeydə alınıb.

 

“Qualys” əməkdaşı artıq məlum olan və əsaslı məlumatlarla yanaşı, "Windows XP”nin fərdi kompüterlər bazarında gələcək payı ilə bağlı fikirlər söyləyib. Belə ki, mütəxəssis əmindir ki, 2014-cü ilin yazınadək bu əməliyyat sistemindən istifadə edənlərin sayı sıfıra enəcək və “Windows XP”nin payı 5 faizdən artıq olmayacaq.

 

Qeyd etmək lazımdır ki, V.Kandek istifadəçilərin gələn ilin 8 aprel tarixinədək əməliyyat sistemindən istifadədən imtina edəcəklərinə inanmadığını vurğulayıb. O, buna sübut kimi özünün tərtib etdiyi qrafiki göstərir. Qrafikə əsasən, “Windows XP”nin dəstəklənməsi dayandırıldıqdan sonra istifadəçilərin təxminən 13 faizi ondan istifadə etməkdə davam edəcək, - “3DNews” yazır. 





Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024